Binanın Həyətində Oğlu Ilə Dalaşan 13 Yaşlı Uşağı Döydü - VİDEO

Adananın Seyhan rayonunda bir ata, uşaqlar arasında yaranan mübahisədən sonra 13 yaşlı A.K.-ni döyüb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Gürselpaşa məhəlləsində yerləşən bir yaşayış kompleksinin həyətində A.K.-nin qolunu dişləyən dostu M.B.-ni itələməsi iddiasından sonra M.B.-nin atası H.B. uşaqların yanına gəlib. H.B., həyətdə A.K.-yə hücum edərək onu döyüb. Hadisədən sonra A.K. və ailəsi polisə şikayət edib. H.B. polis tərəfindən saxlanılıb və məhkəməyə çıxarılıb. Növbətçi hakim onun ev dustaqlığı şərti ilə azad buraxılmasına qərar verib. Qeyd edək ki, hadisə binanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Mənbə: https://sonxeber.az