Beyləqan rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini rayonun rəmzi giriş darvazasına çırpıb.
Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax rayon sakini Həmid İsrail oğlu Abdullayev, 1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Rəşad Rauf oğlu Quluzadə, 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Ülvi Üzeyir oğlu Rzazadə, 1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Sabir Rasım oğlu Mövlamov yaralanaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: https://sonxeber.az