Xırdalanda DƏHŞƏT: Küçədə Oğlanın BOĞAZINI KƏSDİLƏR

Xırdalanda DƏHŞƏT: Küçədə Oğlanın BOĞAZINI KƏSDİLƏR
Abşeron rayonunun Xırdalan şəhərində 35 yaşlı kişinin boğazını kəsərək qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisənin mayın 16-da saat 22 radələrində baş verməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib. 21:48 Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az