Mingəçevirdə Ağır Qəza - Xəsarət Alanlar Var

Mingəçevirdə Ağır Qəza - Xəsarət Alanlar Var
Mingəçevirdə "KIA" markalı minik maşını "Chevrolet" markalı minik maşını ilə toqquşub. Sonxeber.az APA-ya istinadla xəbər verir ki, hadisə Mingəçevir şəhərinin "Alaqapı" adlanan ərazisində qeydə alınıb. Hadisə nəticəsində "KIA"da olan sərnişinlər - Ucar rayon sakini, 1960-cı il təvəllüdlü Svetlana Səmədova və 1968-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Şamba Süleymanova xəsarət alıblar. Hər iki yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az