Rusiya Silahlı Qüvvələri üç Yaşayış Məntəqəsini Nəzarətə Götürdü

Rusiya Silahlı Qüvvələri üç Yaşayış Məntəqəsini Nəzarətə Götürdü
Rusiya Silahlı Qüvvələri 24 saat ərzində Sumı vilayətində Loknya, Donetsk vilayətində Stupochki və Otradnoye yaşayış məntəqələrini nəzarət altına alıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, yaşayış məntəqələri "Şimal", "Cənub" və "Şərq" qoşun qruplaşmaları bölmələrinin hərəkətləri sayəsində nəzarətə götürülüb. "Xüsusi əməliyyat qüvvələrinin ayrıca mərkəzi, Ukrayna Təhlükəsizlik Xidmətinin aviasiya mərkəzi, sursat anbarları, həmçinin Ukrayna Silahlı Qüvvələri bölmələrinin müvəqqəti dislokasiya məntəqələrinə zərbə endirilib", - deyə məlumatda bildirilib.

Mənbə: https://sonxeber.az