Ukrayna "Shahed"a Bənzər PUA Istehsalına Başlayıb

Ukrayna
Ukrayna "DeepStrikeTech" şirkəti tərəfindən hazırlanan və İran istehsalı olan "Shahed" dronlarına vizual olaraq bənzəyən yeni "Batyar" adlı pilotsuz təyyarələrin istehsalına başlayıb. "Azad İran" "Telegram" kanalı bu barədə Ukrayna KİV-ə istinadən xəbər verib. "Batyar"ın uçuş məsafəsi 800 kilometrə qədərdir və 18 kiloqramlıq döyüş başlığı daşıyır. Məlumata görə, bu, Ukrayna ordusunda istifadədə olan ilk "Shahed" üslubunda dron deyil. "UAS SETH" adlı daha kiçik və optik sistemlə təchiz olunmuş dron artıq cəbhəboyu hədəflərə qarşı zərbələr üçün istifadə olunur. Bununla belə, hər iki dron yalnız vizual baxımdan "Shahed-136"ya bənzəyir və onun məsafə və yükdaşıma imkanlarına malik deyil.

Mənbə: https://sonxeber.az