DƏHŞƏTLİ QƏZA: Övladını Xilas Etmək Istəyən Ana ÖZÜ DƏ ÖLDÜ

DƏHŞƏTLİ QƏZA: Övladını Xilas Etmək Istəyən Ana ÖZÜ DƏ ÖLDÜ
Rusiyada Moskva ətrafı Noqinsk şəhəri yaxınlığındakı M-12 magistralında dəhşətli avtomobil qəzası baş verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Gazeta.ru" "Telegram" kanalı məlumat verib. Məlumata görə, "Mercedes-Benz Sprinter" markalı mikroavtobus sürücüsü qarşıdakı təkəri partlayan minik avtomobilinə çırpılıb, daha sonra isə digər avtomobil onlara çırpılıb. Zərbənin təsirindən içində uşaqların olduğu "Sprinter" aşıb. Qəza nəticəsində avtomobillərdən birində olan ana və onun 9 yaşlı oğlu həyatını itirib. Toqquşmadan dərhal sonra qadının huşunun özündə olduğu və qan içində uşağının xilas edilməsi üçün yalvardığı bildirilir. Uşağın atası oğlunu maşından çıxarıb və həyata qaytarmağa çalışıb, lakin xilas edə bilməyib. Daha sonra qadın da təcili yardım maşınında dünyasını dəyişib. Qəzada daha səkkiz nəfər yaralanıb, onların xilas edilməsi üçün helikopterdən istifadə edilib və M-12 magistral yolu müvəqqəti bağlanıb. "Mercedes-Benz Sprinter"in sürücüsü saxlanılıb.

Mənbə: https://sonxeber.az