PSLV-XL daşıyıcı raketi uçuş zamanı üçüncü mərhələdə yaranan texniki problemlər səbəbindən bazar günü EOS-09 məsafədən zondlama peykini orbitə çıxara bilməyib.
"Report" xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.
Raketin buraxılışı Hindistanın cənub-şərqində Şriharikota adasında yerləşən Satiş Dhavan adına Kosmik Mərkəzin start meydançasından yerli vaxtla 05:59-da (Bakı vaxtı ilə 04:29-da) həyata keçirilib.
Xidmət müddəti beş il nəzərdə tutulan peyk istənilən hava şəraitində və işıqlanma şəraitində yüksək keyfiyyətli təsvirlər təqdim etməli idi.
Qeyd edək ki, bu, PSLV seriyalı Hindistan istehsalı olan daşıyıcı raketin ilk uğursuz buraxılışı deyil. 2017-ci ilin avqust ayının sonunda aparat C39 missiyası çərçivəsində IRNSS H süni peykini orbitə çıxara bilməmişdi.
Mənbə: https://sonxeber.az