Rubio: Danışıqlarda Irəliləyiş Olmasa, Konqres Rusiyaya Qarşı Sanksiyaları Sərtləşdirə Bilər

Rubio: Danışıqlarda Irəliləyiş Olmasa, Konqres Rusiyaya Qarşı Sanksiyaları Sərtləşdirə Bilər
Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Konqresi tezliklə anti-Rusiya sanksiyalarını sərtləşdirə bilər. "Report"un xəbərinə görə, bunu ABŞ Dövlət katibi Marko Rubio "CBS News" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ administrasiyası bu barədə Rusiyaya xəbərdarlıq edib "Biz Konqresdən Ukrayna üzrə danışıqlarımızda hər hansı irəliləyiş əldə edə biləcəyimizi görmək üçün bizə bir müddət vaxt verməsini istədik. Amma biz altı-yeddi həftə əvvəl Rusiya tərəfi ilə də kifayət qədər aydın danışdıq, Rusiya tərəfinə Konqresdə bu səylərin davam etdiyini bildirdik", - Amerika diplomatiyasının rəhbəri bildirib.

Mənbə: https://sonxeber.az