Rusiya Ukraynaya Dron Hücumunda Yeni Rekord Müəyyənləşdirdi

Rusiya Ukraynaya Dron Hücumunda Yeni Rekord Müəyyənləşdirdi
Rusiya ordusu mayın 18-i gecə saatlarında Ukraynaya rekord sayda dronla hücum edib. Oxu.Az focus.ua-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. Bildirilir ki, Rusiya müxtəlif tipli 273 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Bu, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri ən böyük sayda dron hücumudur. Rusiyanın Ukraynaya qarşı buraxdığı dronların sayına görə əvvəlki rekord cari il fevralın 23-də qeydə alınıb. Həmin vaxt hücum üçün iki ballistik raketdən və 267 zərbə PUA-sından istifadə olunub.

Mənbə: https://sonxeber.az