Donald Tramp silah istehsalını artırmağı tapşırdı
ABŞ Prezidenti Donald Tramp ölkədə hərbi məhsulların istehsalının sürətləndirilməsi ilə bağlı göstəriş verib. Bu barədə dövlət başçısı Respublikaçılar Partiyasının tədbirində çıxışı zamanı məlumat verib.
Tramp ABŞ-ın dünyada ən müasir silahlara sahib olduğunu bildirib. O, silahların daha çevik və böyük həcmdə istehsalına ehtiyac olduğunu vurğulayıb.
“Bütün bu texnikanın məhz ABŞ-də istehsal olunmasına böyük ehtiyac duyuruq”, – deyə prezident əlavə edib.