İsrail Baş naziri Benyamin Netanyahu ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında planlaşdırılan danışıqlar texniki problemlər səbəbindən hələlik baş tutmayıb.
Bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski məlumat verib. Səfir ümid etdiyini bildirib ki, danışıqlar yaxın günlərdə baş tutacaq.
Onun sözlərinə görə, danışıqların dəqiq mövzusu məlum deyil. İsrail tərəfi danışıqlar üçün müraciət edib və əsas məsələnin Yaxın Şərqdəki vəziyyəti və İran məsələsini müzakirə etmək olduğu düşünülür.
Xatırladaq ki, daha əvvəl İsrail Baş naziri Benyamin Netanyahunun Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün müraciət göndərdiyi bildirilmişdi.