İran Prezidentindən ərdoğana Təşəkkür: Bölgədəki Mövqeyə Görə Minnətdarlıq

News Image

İran Prezidenti Məsud Pezeşkian, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bölgədə davam edən böhranla bağlı tutduğu mövqeyə görə təşəkkür edib.

O, bu barədə özünün “X” hesabında türkcə paylaşım edərək, minnətdarlığını bildirib.

“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar sionist rejimi qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirəlayiqdir. Qardaş türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu yolu davam etdirəcəyik”, – deyə İran Prezidenti qeyd edib.

0