Rasim Balayevin Cənazəsi Bakıya Gətirildi: Vida Mərasimi Bu Gün

News Image
News Image
News Image
News Image
News Image
News Image
News Image
thumb
thumb
thumb
thumb
thumb
thumb
thumb

Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirilib. Mərhum sənətkarla vida mərasimi bu gün Akademik Milli Dram Teatrında keçiriləcək. Daha sonra isə Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Rasim Balayev dünən İstanbulda yerləşən xəstəxanaların birində dünyasını dəyişib. Xalq artisti 1948-ci ildə Ağsu rayonunda anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra “Ulduzlar sönmür” filmində kiçik rolu ilə kinoya gəlib.

Rasim Balayev “Nəsimi”, “Babək”, “Atları yəhərləyin”, “Dədə Qorqud” kimi filmlərdə unudulmaz obrazlar yaradıb. O, müxtəlif orden və medallarla, o cümlədən “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif olunub.

1