Türkiyə milli futbol komandası dünya çempionatına vəsiqə qazanaraq, uzun bir ayrılığa son qoydu.
Pley-off mərhələsinin finalında Kosovo komandasına qarşı əldə olunan qələbə, “ay-ulduz”luları bu möhtəşəm uğura daşıdı.
Kosovo meydanında baş tutan qarşılaşmada yeganə qolu Kərəm Aktürkoğlu vuraraq, 53-cü dəqiqədə komandasına qələbə qazandırdı.
Sonuncu dəfə 2002-ci ildə dünya çempionatında iştirak edən və üçüncü yerə sahib olan Türkiyə millisi, 24 il sonra yenidən mundialda mübarizə aparacaq.
Türkiyə, dünya çempionatında ev sahibi ABŞ, Avstraliya və Paraqvay ilə birlikdə eyni qrupda yer alacaq.