Azərbaycan – Syerra Leone Oyununu Idarə Edəcək Hakimlər Bəlli Oldu

News Image

Bu gün Sumqayıtda keçiriləcək Azərbaycan – Syerra Leone matçının hakimləri müəyyənləşib. FIFA Series – 2026 çərçivəsindəki oyunu Özbəkistan hakimlər briqadası idarə edəcək.

Baş hakim Asker Najafaliyev olacaq. Ona İslom Azimov və Baxtiyorxuja Şavkatov kömək edəcəklər. Dördüncü hakim isə Axrol Ruskullayevdir.

Qeyd edək ki, qarşılaşma saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda başlayacaq.

0