Babək Quliyevə Uefa-dan Yeni Təyinat: Rumıniya – San Marino Oyunu

News Image

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA tərəfindən növbəti dəfə təyinat alıb.

AFFA-dan verilən məlumata görə, o, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rumıniya və San Marino komandaları arasında keçiriləcək matçda hakim-inspektor vəzifəsini yerinə yetirəcək.

Martın 31-də baş tutacaq A qrupu görüşü Tırqovişte şəhərinin “Eugen Popesku” stadionunda keçiriləcək.

0