Argentina yığmasının baş məşqçisi Lionel Skaloni Lionel Messinin DÇ-2026-da iştirakı ilə bağlı maraqlı açıqlama verib.
Skaloni bildirib:
- “Bu sualı ona vermək lazımdır.”
- “Messinin DÇ-2026-da iştirakı üçün əlimdən gələni edəcəyəm.”
- “Qərar onun əhvalından və fiziki durumundan asılı olacaq.”
- “Onu turnirdə görmək hər kəsin arzusudur.”
Skaloni əlavə edib ki, Messi bu qərarı sakit şəraitdə verməlidir və tələsməyə ehtiyac yoxdur. Onun qərarı həm komanda, həm də özü üçün ən yaxşı olmalıdır. Baş məşqçi Messinin “hə” deyəcəyinə ümid edir.
Xatırladaq ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.