Bu gün dünyada Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən təşkil olunan “Yer Saatı” aksiyası keçirilir. Qlobal tədbir saat 20:30-da başlayıb 21:30-da başa çatacaq.
Aksiyada milyonlarla insan eyni vaxtda işıqları söndürməklə iqlim dəyişikliyinə diqqət çəkməyə çalışacaq. Tədbir hər il mart ayının sonuncu şənbə günündə təşkil olunur.
2007-ci ildən bəri davam edən bu qlobal hərəkat artıq sadəcə simvolik bir jest deyil, planetin gələcəyi üçün səssiz, lakin güclü bir mesajdır. Bu il 20-ci dəfə keçiriləcək aksiyada şəhərlər qaranlığa qərq olacaq, məşhur binaların işıqları sönəcək və insanlar bir saatlıq enerji istehlakını dayandıraraq Yerə dəstək nümayiş etdirəcəklər.
İlk dəfə “Yer Saatı” 2007-ci ildə Avstraliyada keçirilib. İndi bu aksiyaya 188 ölkədən 2 milyarddan çox insan qatılır. Azərbaycan 26 mart 2011-ci ildə kampaniyaya qoşulub və ilk tədbir olaraq “Qız Qalası”nın işıqları söndürülüb.