Yadplanetli Həyat: Alimlərdən Yeni Sensasiyalı Açıqlamalar!

News Image

Günəş sistemindən kənarda həyat izləri: Yeni planetlər kəşf edildi!

Astronomlar, Günəş sistemindən kənarda 6000-dən artıq planetin mövcudluğunu təsdiqləyiblər. Alimlərin əsas məqsədi, Yerə bənzər və həyat üçün əlverişli şəraitə malik planetləri tapmaqdır.

Son araşdırmalar nəticəsində, 45 planetdən ibarət xüsusi bir siyahı tərtib olunub. Bu planetlərdə canlı orqanizmlərin, hətta yüksək inkişaf səviyyəsinə çatmış yadplanetli sivilizasiyaların belə mövcud ola biləcəyi ehtimalı yüksəkdir.

Alimlər vurğulayırlar ki, həyatın formaları bizim təsəvvürlərimizdən daha rəngarəng ola bilər. Seçilmiş 45 planetin hər biri öz ulduzunun yaşayış zonasında yerləşir. Onların ulduzlarından aldıqları enerji miqdarı, ölçüləri, kütlələri, yaşları və orbitlərinin forması ətraflı şəkildə araşdırılıb. Məlum olub ki, bu planetlərin hər biri təxminən Günəş sistemindəki Venera, Yer və Mars planetlərinin aldığı enerji səviyyəsinə yaxın enerji alır.

Qeyd edək ki, bu 45 ekzoplanetin həyat üçün uyğun olub-olmadığını dəqiq müəyyən etmək üçün əlavə tədqiqatlar aparılmalıdır.

Yerə ən yaxın potensial yaşayışa yararlı planet Proxima Centauri b-dir. Nisbətən yaxın kəşflərdən biri isə 137 işıq ili uzaqlıqda yerləşən TOI-715 b planetidir. Bundan əlavə, TRAPPIST-1 sistemində yerləşən d, e, f və g planetləri də xüsusi maraq doğurur. NASA-nın məlumatına görə, mövcud texnologiyalarla TRAPPIST-1 sisteminə səyahət təxminən 800 min il çəkə bilər, lakin gələcək texnologiyalar bu müddəti xeyli azalda bilər.

0