İsrail ordusu Beyruta endirdiyi zərbə nəticəsində “Hizbullah” hərəkatının rabitə bölməsinin iki yüksək rütbəli nümayəndəsinin öldürüldüyünü açıqlayıb.
İsrail Müdafiə Ordusunun (IDF) məlumatına görə, zərbə nəticəsində Əyyub Hüseyn Yaqub və Yasser Məhəmməd Mübarək həlak olub. Onlar “Hizbullah” daxilində rabitənin fasiləsizliyini təmin edən və qruplaşmanın istifadə etdiyi rabitə sistemlərinin hazırlanması, saxlanması və istifadəsinə nəzarət edən bölmənin yüksək vəzifəli üzvləri olublar.
İDF qeyd edib ki, Əyyub Hüseyn Yaqub əvvəllər “Hizbullah”ın raket bölməsində rəhbər vəzifədə çalışıb və İsrailə qarşı çoxsaylı hücumların təşkilində iştirak edib. Yasser Məhəmməd Mübarək isə həm raket, həm də rabitə bölməsində vəzifələr tutub.