Remitl tərəfindən keçirilən beynəlxalq sorğu nəticəsində dünyanın ən nəzakətli ölkəsi məlum olub. Sorğuda 26 ölkədən 4697 nəfər iştirak edib. Respondentlərə ən mehriban insanlara sahib ölkəni seçmək təklif olunub.
Sorğunun nəticələrinə əsasən Yaponiya 35,15% səslə birinci yeri tutub. Kanadanın 13,35% səslə ikinci, Böyük Britaniyanın isə 6,23% səslə üçüncü olduğu müəyyən edilib.
İlk onluğa daxil olan digər ölkələr:
- Çin
- Almaniya
- Filippinlər
- İsveç
- Danimarka
- Finlandiya
- Cənubi Afrika Respublikası
Ən nəzakətsiz ölkə isə Avstriya hesab olunub.
Sorğuda iştirak edənlərdən öz nəzakət səviyyələrini qiymətləndirmələri də istənilib. Braziliya və Çili 9,46 balla lider olub. Yaponiya isə 8,73 balla sondan əvvəlki yeri tutub. Özünü ən nəzakətsiz hesab edən ölkə Polşa olub.