Minifutbol-2025: Daha Bir Oyunda Qalib Müəyyənləşmədi

Minifutbol-2025: Daha Bir Oyunda Qalib Müəyyənləşmədi
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib. Sonxeber.az xəbər verir ki, Bosniya və Herseqovina və Qazaxıstan yığmaları F qrupunun oyununda üz-üzə gəliblər. Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Qeyd edək ki, ilk turda Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyib.

Mənbə: https://sonxeber.az