Cəlilabadın Ocaqlı kəndində yaşayan 17 yaşlı Əli Sadıqov məişət tullantılarından kənd təsərrüfatı texnikalarının modellərini hazırlayır.
Onun ən böyük arzusu gələcəkdə öz minitexnika brendini yaratmaq və modellərini sərgilərdə nümayiş etdirməkdir.
Ə.Sadıqov bildirib ki, uşaqlıqdan bəri atası ilə əkin sahələrində olub:
"Kənd təsərrüfatında gördüyüm hər bir maşının maketini hazırlayıram. Əl işlərimin çoxunu 100-200 manata satmışam. Ən böyük arzum mühəndis olmaqdır".(oxu.az)
Daha ətraflı Baku TV-nin süjetində:
Mənbə: https://sonxeber.az