Portuqaliyalı motosiklet yarışçısı Xorxe Brandao Mərakeş rallisinin beşinci və sonuncu mərhələsində qəza nəticəsində dünyasını dəyişib.
Oxu.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, motosikletçi dərhal tibbi helikopterlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
"Old Friends Rally Team" komandasının üzvünün 47 yaşı olub. O, debütünü ötən il "Dakar" rallisində ispaniyalı Karlos Ventonun köməkçi pilotu (şturman) kimi etmişdi.
2025-10-18
22:51:10
Portuqaliyalı Motosikletçi Yarış Zamanı öldü
Digər Xəbərlər
-
Kilian Mbappenin Zədəsi Sağalıb
2025-10-18 16:21:09 -
Rəşad Nəbiyev Yenidən Federasiya Prezidenti Seçildi
2025-10-18 14:57:10 -
Toral Heç Səhv Etmədi... - Video
2025-10-18 14:02:10 -
Arda Turan Azyaşlı Azarkeşə əsəbiləşdi - Video
2025-10-17 22:31:10 -
Məşhur Futbolçu Tərəfdarlarına çağırış Etdi: Böyrək Donoru Və Pul Axtarır
2025-10-17 21:31:10