Ukraynanın "Şaxtyor" klubunun türkiyəli baş məşqçisi Arda Turan azyaşlı azarkeşə əsəbiləşib.
"Qafqazinfo" xəbər verir ki, buna səbəb həmin tərəfdarın Arda ilə foto çəkdirdikdən sonra "Hala Madrid" (Salam Madrid – bu, "Real Madrid" azarkeşlərinin şüarıdır) deməsi olub.
"Real"ın əzəli rəqibi "Atletiko"da çıxış edən türkiyəli sabiq futbolçunu da fanatın bu cür davranışı özündən çıxarıb. O, azarkeşə "bu hörmətsizlikdir. Sən mənimlə foto çəkdirərkən "Hala Madrid" deyə bilməzsən" sözlərini bildirib.
Həmin görüntüləri təqdim edirik:
2025-10-17
22:31:10
Arda Turan Azyaşlı Azarkeşə əsəbiləşdi - Video
Digər Xəbərlər
-
Portuqaliyalı Motosikletçi Yarış Zamanı öldü
2025-10-18 22:51:10 -
Kilian Mbappenin Zədəsi Sağalıb
2025-10-18 16:21:09 -
Rəşad Nəbiyev Yenidən Federasiya Prezidenti Seçildi
2025-10-18 14:57:10 -
Toral Heç Səhv Etmədi... - Video
2025-10-18 14:02:10 -
Məşhur Futbolçu Tərəfdarlarına çağırış Etdi: Böyrək Donoru Və Pul Axtarır
2025-10-17 21:31:10