Meyxanaçı Rüfət Nasosnu "Milyonların Şousu"nda iştirakı ilə diqqət çəkib. O, 10 suala düzgün cavab verərək böyük məbləğə yaxınlaşıb.
Yalnız bir kömək haqqından istifadə edən Rüfət, 10-cu sualı cavablayaraq 3000 manat qazanıb. Vaxtın bitməsi ilə yarış dayandırılıb və qalan 5 sual növbəti buraxılışa saxlanılıb.
Rüfətin daha iki kömək haqqı var. O, proqramda iştirakının uşaqlıq arzusu olduğunu və bu xəyalını gerçəkləşdirdiyi üçün özünü qalib hiss etdiyini bildirib.