Türkiyənin tanınmış müğənnisi Hande Yener barəsində cinayət işi başlanıb. Bu addımın atılmasına səbəb, ifaçının konsert zamanı səsləndirilən bəzi şüarlara dəstək verməsi olub.
Müğənni haqqında "Konstitusiya quruluşunu hədəfə alma" və "Prezidenti təhqir etmə" maddələri üzrə rəsmi araşdırmaya start verilib. Prokurorluq, Hande Yenerin ifadəsinin alınması üçün müvafiq qurumlara təlimat göndərib.