Elza Seyidcahan: Kürəkənim Evimi Satmağa Qoymur, Bura Muzeydir!

Əməkdar artist Elza Seyidcahan evindəki xoşbəxt ailə mühitindən danışıb. O, evində uşaq, ütü və yazı otağı olmasına baxmayaraq, çox xoşbəxt olduğunu, çünki hər kəsi ətrafında toplamağı bacardığını vurğulayıb.

“Bəzən deyirlər ki, get, özün üçün yaşa, bu nə basırıqdır. Deyirəm ki, bu elə özün üçün yaşamaqdır. Nəvələrim divarları yazıb. Düşündüm ki, o biri də yazsın. Sonra aboyu dəyişərik” - deyə Elza Seyidcahan bildirib.

Sənətçi, kürəkəninin evi satmağa qoymadığını da qeyd edib: “Kürəkənimə dedim ki, bu evi satıb başqa ev alaq. Dedi ki, Elza xanım, bu evi satmayın. Bura sizin muzeyinizdir. Bu köhnə tarixi küçədir”

Lakin nəvəsinin böyüdüyünü və artıq ayrı otaq istədiyini, oğlunun isə qayınatası ilə birlikdə ayrı yaşadığını da əlavə edib.