"Azərbaycanda Belə şeylər Olmazdı Axı"

Müğənni Xatirə İslam Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimov və İmişlidə cəsədi tapılan 16 yaşlı qızla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi paylaşımına bunları əlavə edib: "Bu nə deməkdir? Azərbaycanda belə hadisələr olmazdı axı. İnanınki nə deyəcəyimi bilmirəm". Qeyd edək ki, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Mənbə: https://sonxeber.az