"Avroviziya-2025" mahnı müsabiqəsinin qalibi avstriyalı JJ olub.
Oxu.Az xəbər verir ki, "Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin finalı İsveçrənin Bazel şəhərində keçirilib.
Avstriya təmsilçisi JJ olub "Wasted Love" mahnısı ilə münsiflər heyəti və tamaşaçıların rəğbətini qazanıb.
Səsvermənin yekun nəticəsinə əsasən, JJ ümumilikdə 436 xal toplayaraq birinci yeri tutub.
17 may, 23:22
"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb.
Oxu.Az xəbər verir ki, bu il müsabiqə İsveçrənin Bazel şəhərində təşkil olunub.
Birinci yarımfinal mayın 13-də, ikincisi isə mayın 15-də baş tutub.
Finalda ümumilikdə 26 iştirakçı çıxış edəcək: iki yarımfinalın 20 qalibi, həmçinin "Böyük beşlik" ölkələrinin - Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya və Fransanın və bu il müsabiqənin ev sahibi ölkəsinin nümayəndələri.
Qalib televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin birgə səsverməsi ilə müəyyən ediləcək.
Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan təmsilçiləri Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarət "Mamagama" qrupu müsabiqənin finalına çıxa bilməyib. Onlar ilk yarımfinalda "Run with U" mahnısı ilə çıxış ediblər.
Mənbə: https://sonxeber.az