Ulu Babasının Adı Yenidən Bu Meydana Verildi - Foto

"Vaxtilə İçərişəhərdə "Tut ağacı" meydanı adı ilə tanınan bu yerə öz qədim adı - "Ağa Salah Meydanı" adı qaytarıldı". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xalq artisti, bəstəkar Eldar Mansurov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, həmin meydanı yaradan şəxs onun ulu babası Ağa Salah bəy Mansurov olub: "Bir müddət əvvəl dostum Rahib Azəri mənə yaxşı bir xəbər çatdırdı. Tarixi adın yenidən bu meydana qaytarılmasına görə "İçərişəhər" qoruğunun rəhbərliyinə özümün və ailəmin adından minnətdarlığımı bildirirəm".