AzTV-də "100 Il" Adlı Qısametrajlı Sənədli Film Yayımlanıb.

Ekran işi Azərbaycanda radio və televiziya yayımının tarixi inkişaf yoluna həsr olunub. Filmdə milli medianın formalaşması, müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək bu günədək gəlib çatması, həmçinin radio və televiziyanın informasiya, maarifçilik və mədəni irsin qorunmasındakı rolu əks etdirilib. Layihə 2026-cı ildə qeyd olunacaq iki əlamətdar tarix - Azərbaycan radiosunun 100, televiziya yayımının isə 70 illiyi münasibətilə hazırlanıb. Qeyd edək ki, film "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin təşəbbüsü ilə ərsəyə gəlib və yubiley ilinə hazırlıq çərçivəsində təqdim olunan ilk sənədli filmdir.