Nəriman Həsənzadə Palataya Köçürüldü

"Nəriman Həsənzadə reanimasiyadan palataya köçürülüb". Bu barədə "Qafqazinfo"ya Xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib. "Hazırda vəziyyəti yaxşıdır. Bundan sonra həyatına dializlə davam edəcək", - o bildirib. Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən ay böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.