Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" səsləndirilib.
"Qafqazinfo" xəbər verir ki, bu, sosial şəbəkələrdə azərbaycanlılar tərəfindən maraqla qarşılanıb.
Belə ki, həmin səhnədə ekran işinin əsas obrazlarından olan və serialda qardaş kimi təqdim edilən Yahya Kaptan və Selim "Tərəkəmə" sədalarında rəqs ediblər.
Qeyd edək ki, "Tərəkəmə" Azərbaycan xalqının ən qədim rəqslərindən biridir və adını əsasən köçəri həyat tərzi sürən və maldarlıqla məşğul olan tərəkəmə tayfalarından alır. Zamanla "Tərəkəmə" rəqsinin musiqisi yalnız Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də tanınıb, bir çox yerli və xarici bəstəkarlar tərəfindən əsərlərdə istifadə olunub, müxtəlif versiyalarda aranjiman edilib.
2025-12-13
13:31:06
Məşhur Serialda "Tərəkəmə" Oynadılar - Video
Digər Xəbərlər
-
Məşhur Aktrisa Ikinci Dəfə Ana Olub?
2025-12-15 17:33:09 -
Xalq Rəssamı Səttar Bəhlulzadənin Anadan Olmasından 116 Il ötür
2025-12-15 16:52:09 -
Boşandılar… - Teatrdan Da Getdi
2025-12-14 19:11:10 -
Nəriman Həsənzadə Palataya Köçürüldü
2025-12-12 12:50:11 -
Fəxriyə Xələfova "Füsünkar İpək" Kolleksiyasını Təqdim Etdi - VİDEO
2025-12-11 15:56:09