Türkiyədə bir süd istehsalçısı, getdiyi yeməkxanada ayranın 3,5 manata satıldığını eşidəndə sərt reaksiya verib.
Sonxeber.az türk mdiasına istinadən xəbər verir ki, özünü süd istehsalçısı kimi təqdim edən vətəndaş qiymətə etiraz edərək:
"Qardaş, mən 1 litr südü 1,4 manata satıram, axmağam, 3,5 manata ayran içim?" – sözləri ilə yeməkxana sahibinə irad bildirib.
Müştərilərin gözü qarşısında baş verən bu etirazdan sonra süd istehsalçısı ilə yeməkxana sahibi arasında qısa müddətli mübahisə yaşanıb. Etiraz edən şəxs fikirlərini belə davam etdirib: "Südün litri 1,4 manat, ayranın bir stəkanı 3,5 manat. Bu necə hesabdır?"
Hadisə anı ətrafdakı müştərilər tərəfindən mobil telefonla lentə alınıb və görüntülər sosial mediada sürətlə yayılıb. Minlərlə istifadəçi videoya reaksiya verib.
Bu hadisə qida sektorunda bahalaşma ilə bağlı narazılıqları bir daha gündəmə gətirib və cəmiyyət arasında geniş rezonans doğurub.
2025-10-15
15:23:10
Yeməkxanada Ayranın Qiymətini Eşidən Süd Istehsalçısı Etiraz Etdi: "1 Litr Südü 1,4 Manata Satıram, 3,5 Manata Ayran Içərəm?" - VİDEO
Digər Xəbərlər
-
Eyni Binada Yaşayan Ana Və Bacısını Döydü – Hadisə Anı Kameralara Düşdü
2025-10-15 14:58:10 -
Dünyanın Sonunu Gətirəcək Böcək İstanbulda Görüldü
2025-10-15 14:23:10 -
Hüquq Tələbəsi Qadın, 5 Ayda 4 Nəfəri Zəhərləyərək öldürdü
2025-10-15 14:13:12 -
Vətəndaş Saxta Köçürmə Ilə Aldadıldı – Satdığı Maşını Geri Almaq üçün 480 Min ödəməli Oldu
2025-10-15 13:58:11 -
Əmisi Oğlunu öldürən Kişinin Ifadəsi əməlindən Daha Tükürpədicidir
2025-10-15 13:26:10