Eyni Binada Yaşayan Ana Və Bacısını Döydü – Hadisə Anı Kameralara Düşdü

Türkiyənin Bolu şəhərində baş verən ailə münaqişəsi zamanı Ufuk Ü. adlı şəxs eyni binada yaşadığı, lakin aralarında ədavət olan anası M.A. və bacısı B.Ü.-yə fiziki zor tətbiq edib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı baş verən anlar bina sakinləri tərəfindən mobil telefonla qeydə alınıb. Şübhəli Ufuk Ü. polis tərəfindən saxlanılıb. Hadisə günorta saatlarında Beşkavaklar məhəlləsinin Ender küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. İddiaya görə, Ufuk Ü. eyni binada fərqli mənzillərdə yaşadığı anası və bacısı ilə mübahisə edib. Mübahisə zamanı o, onlara hücum edərək fiziki zorakılıq göstərib. Bina sakinləri Ufuk Ü.-nün ailə üzvlərini döydüyü anları telefonla lentə alıb. Görüntülərdə gənc qızın "Kömək edin" deyə çığırması da əks olunub. Sakinlərin polisə verdiyi məlumat əsasında hadisə yerinə gələn hüquq-mühafizə orqanları Ufuk Ü.-nü saxlayaraq bölməyə aparıblar. Hadisə ilə bağlı araşdırma davam etdirilir.