Yem Qarışdırma Tankına Düşən Işçi Yaralı Halda Xilas Edildi

Nevşəhərdə yem qarışdırma tankına düşən işçi, xilasedicilərin təxminən bir saatlıq əməliyyatı nəticəsində yaralı halda xilas edilib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Cevher Dudayev məhəlləsi, Küme evləri ərazisində yerləşən bir mandırada baş verib. Mandırada çalışan Uğur K. heyvanları yedizdirmək üçün yemləri qarışdırarkən bir anda tarazlığını itirərək yem qarışdırma tankına düşüb və orada sıxışıb qalıb. Hadisəni görən mandıra sahiblərinin məlumat verməsi ilə hadisə yerinə təcili tibbi yardım, xilasedici və polis briqadaları göndərilib. İki heliks arasında sıxışan Uğur K., Nevşəhər Bələdiyyəsinin Yanğınsöndürənləri tərəfindən təxminən bir saatlıq əməliyyat nəticəsində sıxışdığı yerdən yaralı çıxarılıb. İlk tibbi müdaxilə edildikdən sonra Uğur K., Nevşəhər Dövlət Xəstəxanasına çatdırılaraq müalicəyə götürülüb. Hadisə ilə bağlı araşdırma başlanıb.

Mənbə: https://sonxeber.az