Şanlıurfanın Karaköprü rayonuna bağlı Mehmetçik məhəlləsində üç uşaq, 12 mərtəbəli binanın 8-ci mərtəbəsində heç bir təhlükəsizlik tədbiri görmədən kondisioneri təmir edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə mobil telefon kamerasına düşüb. Görüntülərdə uşaqların balkon qoruyucu hasarın kənarında bir-birinə tutunaraq təmir işi apardığı görünür.
Metrlərlə hündürlükdə təhlükəli vəziyyətdə işləyən uşaqların rahat davranışı ətrafdakılarda narahatlıq yaradıb.
Bir müddət davam edən iş hər hansı bir qəza olmadan başa çatıb, lakin qorxulu anlar saniyə-saniyə kameraya düşüb.
Mənbə: https://sonxeber.az