Tovuzda Avtomobillər Toqquşaraq Körpüdən AŞDI: Yaralılar Var

Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub. Oxu.Az xəbər verir ki, qəza rayonun Əlimərdanlı kəndi ərazisində baş verib. Belə ki, "Toyota Prius" avtomobili "Opel" markalı avtomobillə toqquşub. Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağırdır. Qeyd olunub ki, xəsarət alanlar taksi fəaliyyəti göstəriblər. Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: https://sonxeber.az