20 Yaşlı Gənc Qadın Yaşayış Binasında ölü Tapıldı: Sevgilisi Həbs Edildi - VİDEO

İstanbulun Beyoğlu rayonunda, Hacıahmet məhəlləsində 6 sentyabrda baş verən hadisədə 20 yaşlı Fəsli Jawhara Aboucheikh gecə saatlarında sevgilisi A.A.-nın yaşadığı mənzilə gedib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ikili bir müddət birlikdə vaxt keçirdikdən sonra Aboucheikh özünü narahat hiss etməyə başlayıb. Panikaya düşən A.A. binanın təhlükəsizlik işçisinə qadının vəziyyətindən xəbər verib və tibbi yardım çağırılmasını istəyib. Daha sonra A.A. binadan çıxaraq hadisə yerini tərk edib. Hadisə yerinə gələn tibbi heyət qadının həyatını itirdiyini müəyyən edib. Beyoğlu Asayiş Büro Amirliyi dərhal araşdırmalara başlayıb. Mənzildə aparılan yoxlamalarda kokain maddəsi aşkarlanıb. Polis təhlükəsizlik kameralarının görüntülərini araşdıraraq, təhlükəsizlik işçilərinin ifadəsini alıb. Araşdırmalar göstərib ki, qadın mənzildə tək olmayıb, şübhəli isə qadının narahatlandığını bildirərək hadisə yerini tərk edib. Davam edən araşdırmalar nəticəsində A.A.-nın Bursa şəhərinə getdiyi müəyyən edilib. Beyoğlu Asayiş Büro Amirliyi əməkdaşları Yıldırım rayonunda şübhəlini taparaq saxlayıblar. Polisə verdiyi ifadədə A.A. narkotik istifadə etdiklərini, daha sonra sevgilisinin vəziyyətinin pisləşdiyini və panikaya düşərək mənzildən qaçdığını bildirib. Şübhəli A.A. məhkəməyə təqdim edildikdən sonra həbs olunaraq həbsxanaya göndərilib.

Mənbə: https://sonxeber.az