Polisin "saxla" Xəbərdarlığına Tabe Olmayan Sürücü Görün Hansı Yola əl Atdı

Polisin
Aydının Efeler rayonunda vətəndaşla yol polisi arasında gərginlik yaşanıb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yolda maşın sürən şəxs polisin "saxla" xəbərdarlığına tabe olmayaraq qaçıb. O bir müddət sonra arxasınca düşən polislər tərəfindən saxlanılıb. Yaxalandıqdan sonra 3 dostunu telefonla hadisə yerinə çağıran sərxoş sürücü polisə təhdid və təhqirlər yağdırmağa başlayıb. Daha sonra sərxoş sürücü Ahmet K. tutulub, hadisə yerinə gələn dostları isə şərti olaraq sərbəst buraxılıb. Faktla bağlı istintaq başladılıb.

Mənbə: https://sonxeber.az