Polisə Sevgilisindən şikayət Etdi, Evə Gələn Məmurlar Gənc Qızın Meyitini Tapdılar

Polisə Sevgilisindən şikayət Etdi, Evə Gələn Məmurlar Gənc Qızın Meyitini Tapdılar
Türkiyədə 40 yaşlı bir kişi 19 yaşlı sevgilisini öldürüb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Bahçelievler səmtinin Kocasinan Merkez məhəlləsində baş verib. Belə ki, Hayrettin K. (40) "Sevgilim narkotik istifadə edib, artıq keçmiş sevgilimdir" deyib və polisə məlumat verib. Lakin polis evə gələndə 19 yaşlı qızın meyiti ilə rastlaşıb. Hadisənin detalları hələlik açıqlanmasa da, baş şübhəli Hayrettin K-dir və onun axtarışları davam edir.

Mənbə: https://sonxeber.az