Polis Məscidə Girib Ibadət Edən Vətəndaşları Saxladı

Qüdsdə yerləşən El-Hicrə məscidinə daxil olan İsrail polisi, namaz qılan fələstinlilərə qarşı kobud müdaxilə edib. Sonxeber.az xarici mediya istinadən xəbər verir ki, məscidə girən polis əməkdaşları, "şəxsiyyət vəsiqəsi yoxlanışı" bəhanəsi ilə ibadəti yarımçıq qoymağa məcbur ediblər. Hadisə təhlükəsizlik kamerasına əks olunub. Görüntülərdə bir polisin cərgələr arasında irəlilədiyi, namaz qılanların təəccüblə başlarını qaldırdığı və bəzi insanların ibadətinə davam edə bilmədiyi görünür. Basqın zamanı bir neçə fələstinli zorla saxlanılıb. Bu sayğısız müdaxilə sosial şəbəkələrdə geniş rezonans doğurub və "ibadət azadlığına hücum" kimi qiymətləndirilib. Yerli sakinlər və insan haqları müdafiəçiləri, İsrail qüvvələrinin müqəddəs məkanlara yönələn sistematik basqınlarının beynəlxalq hüquqa zidd olduğunu bildiriblər. Son aylarda İsrail polisi Qüdsdə, o cümlədən Əl-Əqsa məscidində də oxşar əməliyyatlar həyata keçirib. Gənc fələstinlilər tez-tez "şəxsiyyət vəsiqəsi yoxlanışı" bəhanəsi ilə saxlanılır. Ekspertlərə görə, El-Hicrə məscidindəki son olay, işğal altındakı Qüdsdə dini dəyərlərə qarşı təzyiqlərin miqyasını bir daha üzə çıxarıb.