Kənd Təsərrüfatı Işçisi Elektrik Cərəyanı Vurması Nəticəsində Dünyasını Dəyişdi

Manisa vilayətinin Selendi rayonunda 3 övladı olan 61 yaşlı Ömər Fahri Yılmazgüneş tarladakı qarğıdalıları suvararkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə yerinə çağırılan təcili yardım briqadaları onun artıq dünyasını dəyişdiyini müəyyən edib. Yılmazgüneş rayonun Yatılı Bölge Orta məktəbində xidmətçi vəzifəsində çalışırdı. Meyiti otopsiya üçün morqa aparılıb, hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az