İki Qrup Arasındakı Mübahisə Davaya çevrildi

İstanbulun Esenyurt rayonunda, Saadetdere məhəlləsində iki qrup arasında səbəbi məlum olmayan mübahisə başlayıb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qısa müddətdə böyüyən dava yaxınların da müdaxiləsi ilə kütləvi qarşıdurmaya çevrilib. Tərəflər bir-birinə daş və yumruqlarla hücum edərkən, bir şəxs avtomobilini digər şəxslərin üzərinə sürüb. Lakin avtomobilin ön şüşəsinə atılan daş səbəbindən nəqliyyat vasitəsi park halındakı digər avtomobilə çırpılıb. Hadisə anbaan kameraya düşüb və sosial mediada yayımlanıb.

Mənbə: https://sonxeber.az