Həbsxanadan Qaçış Cəhdi: Ölümcül Sona Uçan Təhlükəli Sıçrayış

Kocaeli Universiteti Araşdırma və Tətbiqetmə Xəstəxanasının psixiatriya şöbəsində müalicə alan məhkum Rasim Osman intihar edib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, polis nəzarətində müalicə olunan məhkum qəfil olaraq xəstəxananın 5-ci mərtəbəsindən özünü atıb. Hadisə yerində dərhal tibbi yardım göstərilsə də, Rasim Osman həyatını itirib. Polisin araşdırmasından sonra meyit tibbi ekspertiza üçün morqa aparılıb. Qeyd olunur ki, Rasim Osman əvvəllər "qəsdən adam öldürmə" maddəsi ilə məhkum olunub və daha əvvəl də intihar cəhdi edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: https://sonxeber.az