Türkiyənin Adana şəhərində dəhşətli ailə faciəsi baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Yüreğir rayonunun Ulubatlıhasan məhəlləsində yaşayan 38 yaşlı Hüseyn Balkan, əmisi oğlu R.B. (35) tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisə 13 oktyabr saat 20:30 radələrində baş verib. İlkin məlumatlara görə, iki əmioğlu telefonla danışarkən bir-birinə söyüb və aralarında mübahisə yaranıb. Daha sonra küçədə qarşılaşan tərəflər arasında söz mübahisəsi davaya çevrilib.
Məlumata əsasən, R.B. və yanında olan dostu U.U. (28), Hüseyn Balkana odun parçası ilə hücum ediblər. Mübahisə zamanı Balkan belindən aldığı bıçaq zərbəsi ilə yerə yıxılıb. Hadisədən sonra R.B. və U.U. hadisə yerindən qaçaraq izlərini itiriblər.
Ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Hüseyn Balkan, həkimlərin səylərinə baxmayaraq həyatını xilas edə bilməyib.
Hadisədən sonra Adana Asayiş Şöbəsinin Cinayət Axtarış Bölməsi şübhəlilərin axtarışına başlayıb. Ərazidəki təhlükəsizlik kamerası görüntülərini araşdıran polis, onların Sarıçam rayonunun Gültepe məhəlləsindəki bir mənzildə gizləndiyini müəyyən edib. Keçirilən əməliyyat zamanı hər iki şəxs saxlanılıb.
İstintaq zamanı R.B. ifadəsində deyib:
"Əmioğlum işsiz gəzirdi. Ona ‘niyə işləmirsən’ dedim, aramızda mübahisə düşdü. Mən yalnız odunla vurdum, amma bıçaqlamadım."
U.U. isə hadisə ilə əlaqəsini inkar edərək bildirib:
"Mən də bıçaq istifadə etmədim, hadisə ilə heç bir əlaqəm yoxdur."
Polis bölməsindəki istintaq əməliyyatlarından sonra hər iki şübhəli məhkəməyə çıxarılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
2025-10-15
13:26:10
Əmisi Oğlunu öldürən Kişinin Ifadəsi əməlindən Daha Tükürpədicidir
Digər Xəbərlər
-
Yeməkxanada Ayranın Qiymətini Eşidən Süd Istehsalçısı Etiraz Etdi: "1 Litr Südü 1,4 Manata Satıram, 3,5 Manata Ayran Içərəm?" - VİDEO
2025-10-15 15:23:10 -
Eyni Binada Yaşayan Ana Və Bacısını Döydü – Hadisə Anı Kameralara Düşdü
2025-10-15 14:58:10 -
Dünyanın Sonunu Gətirəcək Böcək İstanbulda Görüldü
2025-10-15 14:23:10 -
Hüquq Tələbəsi Qadın, 5 Ayda 4 Nəfəri Zəhərləyərək öldürdü
2025-10-15 14:13:12 -
Vətəndaş Saxta Köçürmə Ilə Aldadıldı – Satdığı Maşını Geri Almaq üçün 480 Min ödəməli Oldu
2025-10-15 13:58:11