Buğa Festivalında Faciə: Buğa 57 Yaşlı Kişini Buynuzlayaraq öldürdü

İspaniyanın cənub-qərbindəki Ubrique şəhərində keçirilən buğa festivalında 57 yaşlı kişi buğanın hücumuna məruz qalaraq dünyasını dəyişib. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, şahidlərin paylaşdığı görüntülərdə, adamın buğadan qaçaraq bir binanın dəmir barmaqlıqlarına dırmaşmağa çalışdığı, lakin buğanın sürətlə yaxınlaşması ilə tarazlığını itirərək yerə düşdüyü və bir neçə dəfə buynuzlandığı görünür. Ağır yaralanan kişi xəstəxanaya çatdırılsa da, bütün müdaxilələrə baxmayaraq həmin gün axşam həyatını itirib. Ölümcül hücumu edən ikinci buğanın adı "Mosquetero" (Silahşör) olaraq açıqlanıb. Festival zamanı iki buğa küçəyə buraxılmışdı. Hadisə sonrası yerli sakinlər festivalı tənqid edib. Isabel Carrasco Romero bildirib ki, "Bu ölüm önlənə bilərdi. Bu cür təhlükəli tədbirlər ənənə adı altında keçirilməməlidir".

Mənbə: https://sonxeber.az