Bədən Tərbiyəsi Müəllimi 2 şagirdi öldürdü

Ukraynanın Vinnitsa vilayətində idman müəllimi iki şagirdin qətlində şübhəli bilinir. Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, uşaqlarla əvvəllər münaqişəsi olan müəllim onları məktəb yolunda pusquya salıb və boğaz nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. Hər iki uşaq tibbi yardım göstərilərkən dünyasını dəyişib. Hazırda istintaq aparılır.

Mənbə: https://sonxeber.az